Süni intellekt (AI) deyəndə çoxunun ağlına ilk olaraq ChatGPT gəlir. Amma əslində bu buzdağının görünən hissəsidir. AI — yəni süni intellekt — bizim gündəlik həyatımıza düşündüyümüzdən daha dərin şəkildə girib.
Sən banka zəng edəndə avtomatik cavab verən sistem? O da AI. Youtube sənə “bunu da izləyə bilərsən” deyəndə? Orda da AI var. Hətta Instagram feed-in necə formalaşır, onu belə bu texnologiya idarə edir.
Amma gəlin bunu qarışıq cümlələrsiz, sadə dillə anlayaq.
Süni intellekt nədir?
Ən sadə tərifi belədir: AI, insan beynini təqlid edən kompüter proqramıdır. Amma tək təqlid eləmir, bəzən insanın edə bilmədiyi şeyləri də edəcək qədər güclü olur.
Məsələn, böyük məlumatları saniyələrə sığdırır, əlaqələr qurur, nəticə çıxarır.
AI necə “öyrənir”?
Buna machine learning deyirlər. Yəni kompüterlərə nümunələr verilir, onlar bu nümunələrdən öyrənir. Məsələn, minlərlə şəkil göstərilir ki, bu pişikdir. Sistem bu şəkillərdən sonra yeni şəkilə baxıb deyə bilir: “bəli, bu da pişikdir.” Bu artıq “öyrənmək” sayılır.
Bəs təhlükəlidirmi?
Hər yeni texnologiyada olduğu kimi, AI üçün də narahatlıq var. Məsələn, iş yerlərinin azalması, saxta şəkillər/videolar (deepfake), ya da məlumat manipulyasiyası kimi məsələlər. Amma bu texnologiyanı necə istifadə etdiyimiz əsas məsələdir.
Gələcəkdə bizi nə gözləyir?
AI hələ indi-indi başlayır. Sabah tibbdə diaqnozları daha sürətli qoyacaq, məhkəmələrdə sənədləri analiz edəcək, ya da sadəcə sənin gündəlik tapşırıqlarını idarə edəcək.
Amma bir şey aydındır: bu texnologiyadan qaçmaq mümkün deyil, onu anlamaq isə artıq seçim yox, zərurətdir.